Yeni Azərbaycan Partiyasının nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət ediblər
Fevralın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.
Abidənin önünə əklil və gül dəstələri qoyulub, soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad olunub.
