YAP-dan verilən məlumata görə, ilk dəfə olaraq Şimali Kipr Türk Cümhuriyyətində təşkil olunan düşərgəyə Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Bəxtiyar İslamovun başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.
Hər üç partiyanın təmsilçiləri mayın 18-də Bellamais monastrı, Girne antik limanı, Girne qalası və Osmanlı Baldöken məzarlığını ziyarət ediblər.
Mayın 19-da isə Karaoğlanoğlu və Muratağa-Sandallar şəhidlikləri ziyarət olunub, 1974-cü ildə “Barış” hərəkatında canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. Həmin gün gənc partiya nümayəndələri, həmçinin Kipr Sülh Əməliyyatından sonra Şimali Kipr Türk Cümhuriyyəti tərəfindən hərbi zona elan edilən Maraş bölgəsini ziyarət edib, “19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə keçirilən təntənəli yürüşə qatılıblar.