Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Türkiyə Prezidenti Qarabağ atlarının iştirakı ilə təqdim olunan çıxışı izləyib

İstanbulda keçirilən VII Etnoidman Beynəlxalq Mədəniyyət Festivalının xüsusi proqramında mayın 24-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə xanım Ərdoğan Azərbaycan nümayəndə heyətinin təqdimatında möhtəşəm “Zəfər” şou-kompozisiyasını izləyiblər.

İstanbulda keçirilən VII Etnoidman

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə 130 nəfərdən ibarət nümayəndə heyəti və 20 Qarabağ atının iştirakı ilə təqdim olunan kompozisiyada qədim Türk adətləri, Azərbaycan milli musiqi və rəqs ənənələri, eləcə də Qarabağ atlarının estetik və məharətli çıxışları səhnədə canlandırılıb.

Türk dünyasının ortaq mirası olan atçılıq mədəniyyəti, süvarilik sənəti və milli ruhu əks etdirən proqram Türkiyə Prezidenti və Əminə xanım tərəfindən böyük maraqla qarşılanıb. Süvarilərimizin çıxışı ayaq üstə gur alqışlarla qarşılanıb.