Qardaş ölkənin müdafiə qurumunun paylaşımında Türkiyə ilə Azərbaycanın sarsılmaz birliyi vurğulanıb.
“Qardaş ölkənin təhlükəsizliyi və əmin-amanlığı naminə fasiləsiz xidmət aparan qəhrəman Azərbaycan Silahlı Qüvvələrini salamlayırıq. “Bir millət, iki dövlət” kəlamı fonunda Türkiyə və Azərbaycan bir ürək, bir yumruq olaraq qalacaq”, – deyə paylaşımda qeyd olunub.