Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Türkiyə Maarif Vəqfinin Azərbaycandakı fəaliyyəti və perspektivlər haqqında mətbuat konfransı keçirilib

Türkiyə Maarif Vəqfi (TMV) tərəfindən Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik Kampusunda keçirilən mətbuat konfransı uğurla başa çatdı. Tədbirdə TMV-nin quruluşundan bu günə qədər dünyada, Türk dünyasında və Azərbaycandakı fəaliyyətləri, təhsil layihələri, tədris proqramları və perspektivlər geniş şəkildə müzakirə olundu.

Türkiyə Maarif Vəqfi (TMV)

Konfransda TMV İdarə Heyətinin üzvü Prof. Dr. Mehmet Özkan, TMV Asiya və Sakit Okean ölkələri üzrə məsul departamentinin rəhbəri Salih Sağır və TMV Azərbaycan Təmsilçisi Dr. Serdar Gündoğan iştirak etdilər. Qonaqlar TMV-nin Azərbaycanda təhsil sahəsindəki töhfələrini, beynəlxalq standartlara uyğun tədris proqramlarını və gələcək planlarını media nümayəndələri ilə bölüşdülər. TMV-nin Türk dünyası ilə əməkdaşlıq strategiyası və bu istiqamətdə atılan addımlar da tədbirin əsas mövzularından oldu.

Türkiyə Maarif Vəqfi 2016-cı ildə qurulduğu gündən etibarən 55 ölkədə fəaliyyət göstərərək təhsil sahəsində mühüm layihələr həyata keçirir. Azərbaycanda isə TMV Beynəlxalq Maarif Məktəbləri vasitəsilə müasir təhsil metodologiyalarını tətbiq edərək yerli və beynəlxalq tələbələrə yüksək keyfiyyətli təhsil imkanları təqdim edir.

Mətbuat nümayəndələri tədbirdən sonra TMV-nin Gənclik Kampusunu ziyarət edərək məktəbin müasir infrastruktur və tədris mühiti ilə tanış oldular.