Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Tahir Rzayev: Artıq Xocalı camaatı öz nisgilini sağaltmağa başlayıb

“Xocalı Azərbaycanın ən qədim həm də, uzun illər başı müsibətlər çəkmiş soyqırıma məruz qalmış yaşayış məntəqəsidir”.

“Xocalı Azərbaycanın ən qədim

Bunu Turanazərbaycan.com-a azərbaycanlı millət vəkili Tahir Rzayev deyib.
O bildirib ki, bu gün xocalılar və Xocalı tarixi ilə tanış olanlar onun abadlaşması və inkişafı ilə qürur hissi keçirə bilərlər: “Çünki erməni təcavüzkarları uzun illər Xocalını mühasirədə saxlamaqla onun əhalisinə soyqırım aktı törətməklə, bu nisgili insanların qəlbində bir yara kimi əbədiləşdirməklə tarixin ən qara səhifəsini yazmışlar. Ancaq Azərbaycan Respublikasının Prezidentinin siyasi uzaqgörənliyi, ordumuzun qüdrəti, xalqımızın birliyi sayəsində Qarabağ torpağı düşməndən təmizlənərək Xocalı özünün bu günkü xoşbəxt həyatına qədəm qoydu. Bu gün ölkə başçısının diqqəti və qayğısı nəticəsində Xocalıda həyata keçirilən tədbirlər hər birimizdə qürur hissi doğurur. Artıq Xocalı camaatı öz nisgilini sağaltmağa başlayıb, ata-baba yurdlarına qayıdaraq yeni həyata qədəm qoyurlar. Azərbaycan Prezdidenti də xocalıları unutmur”.
T.Rzayev vurğulayıb ki, Prezident İlham Əliyev daim xocalıların ağrılarına və dərdlərinə şərik olub, bu gün də onların sevincinə şərikdir: “Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunandan sonra ölkə rəhbəri 100 dəfədən çox həmin ərazilərə səfər edib. Özünün qeyd etdiyi kimi hər bir səfər onda yeni ruh yüksəkliyi yaradır. Çünki bu sevinc və qürur insanların məhəbbətindən, eyni zamanda, sədaqətindən qaynaqlanır. Onların sevincini və fərəhini görən dövlətimizin başçısı bunu doğma və əziz bilir. O regionlara səfər etməklə insanlarda mənəvi duyğu oyadır. Ölkə rəhbərinin xocalılarla görüşləri Qarabağın və Şərqi Zəngəzurun inkişafına, insanların firavan həyatına hesablanıb. Azərbaycan Prezidentinin bu günlərdə yenidən Qarabağa səfər etməsi, Ağdamda olması işğaldan azad olunmuş ərazilərdəki insanlarla səmimi görüşləri onu deməyə əsas verir ki, nəinki Qarabağ torpaqları eləcə də bütün ərazilər gülüstana çeviriləcək. Burada insanların firavan həyatı təmin olunacaq. Bunlar arasında Xocalı camaatı ən öndə dayanır. Hər bir Xocalı sakini ata-baba yurdunda qurmaq yaratmaq əzmindədir”.