Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Silahlı Qüvvələr Günündə Müdafiə Nazirliyinin rəhbərliyi hospitalı ziyarət edib

26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib.

26 İyun - Silahlı

Müdafiə Nazirliyindən bildiriblər ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalın tibb personalı və burada müalicə olunan hərbi qulluqçularla görüşüb, onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 26 İyun – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 107-ci ildönümü münasibətilə təbriklərini çatdırıb.

Nazirliyin rəhbər heyəti hərbi qulluqçuların müalicə prosesi ilə maraqlanıb, onların tezliklə sağalaraq xidmətlərini davam etmələrini arzulayıb və şəxsi heyətə bayram hədiyyələri təqdim edib.

Hər zaman hərbçilərin müayinə və müalicəsinə xüsusi diqqət və həssaslıqla yanaşan Baş Klinik Hospitalın peşəkar tibb personalının xidmətləri yüksək qiymətləndirilib.