Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və mülki işçiləri mükafatlandırılıb SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan

Sərəncama əsasən 6 nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, 6 nəfər “Vətən uğrunda” medalı ilə, 4 nəfər “İgidliyə görə” medalı ilə, 47 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.

Azərbaycan Prezidentinin digər Sərəncamına əsasən Müdafiə Nazirliyinin 4 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib.