Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Hərbi polisin yaranmasının 33-cü ildönümü qeyd olunub

Aprelin 10-da Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 33-cü ildönümü münasibətilə Hərbi Polis İdarəsində tədbir keçirilib.

Aprelin 10-da Müdafiə Nazirliyinin

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyulub.

Sonra idarədə davam etdirilən tədbirdə Ulu Öndərin, eləcə də Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriki şəxsi heyətə çatdırılıb.

Tədbirdə çıxış edən Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin rəisi general-mayor Azər İbrahimov hərbi polis bölmələrinin xüsusilə azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində xidməti fəaliyyətinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib. Baş İdarə rəisi hərbi qulluqçulara gələcək xidmətlərində uğurlar arzulayıb.

Tədbir iştirakçılarına hərbi polisin yaranma tarixi və fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda komendant və qoşun xidmətinin təşkilində fərqlənən bir qrup hərbi qulluqçu təltif olunub.