Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

“Divanü Lüğat-it-Türk” Sərgisi Türküstanda ziyarətə açıldı

Türk Dünyası Vəqfi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlıq çərçivəsində gerçəkləşdirilən və daha əvvəl Bişkek və Astanada böyük maraqla qarşılanan “Divanü Lüğat-it-Türk” sərgisi, 2025-ci il iyunun 10-da Qazaxıstanın Türküstan şəhərində, Hoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin ev sahibliyi ilə açılıb. Sərgi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Xaricdə Yaşayan Türklər və Qohum Xalqlar İdarəsinin dəstəyi ilə təşkil olunub.

Türk Dünyası Vəqfi ilə

Sərgidə, türk dünyasının ortaq yaddaşı sayılan “Divanü Lüğat-it-Türk” əsərinin tarixi yolçuluğu və məzmunu ziyarətçilərə ətraflı şəkildə təqdim olunur. Kaşğarlı Mahmudun XI əsrdə qələmə aldığı, türk dilinin ilk lüğəti hesab edilən bu nadir əsər çərçivəsində, həmin dövrün estetik düşüncəsini, geyim üslubunu və ictimai həyat tərzini əks etdirən əşyalar, tematik geyimlər və müasir dizayn nümunələri sərgilənir. Modacı Ezgi Karayelin “Divan”dan ilhamlanaraq xüsusi olaraq hazırladığı qadın və kişi geyimləri keçmişlə bu günü birləşdirən vizual körpü rolunu oynayır.

Sərgidə, əsərin orijinalına uyğun hazırlanmış faksimilə nüsxəsi, “Divanü Lüğat-it-Türk”dən seçilmiş sözlər və atalar sözləri, eləcə də Kaşğarlı Mahmudun çəkdiyi və türk dünyasını mərkəzə alan ilk dünya xəritəsinin müasir interpretasiyası da ziyarətçilərin ixtiyarına verilir.

“Bu əsər türk dünyasını birləşdirən açardır”

Açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, “Divanü Lüğat-it-Türk”ün türk xalqlarının ortaq mədəni kimliyini möhkəmləndirən bir əsər olduğunu vurğuladı və belə dedi:

“Fond olaraq, türk xalqlarının gündəlik həyatına, mədəniyyətinə və ənənələrinə dair misilsiz məlumatlar təqdim edən bu qədim əsərin yazılmasının 950 illiyi münasibətilə onun yenidən tanıdılmasından böyük qürur duyuruq.” Raimkulova, həmçinin sərginin ərsəyə gəlməsində birgə çalışdıqları Türk Dünyası Vəqfinin Mütevelli Heyətinin sədri Nabi Avcıya təşəkkür etdi, dəstəyə görə TİKA və Xaricdəki Türklər İdarəsinə minnətdarlığını bildirdi.

Tədbirdə çıxış edən Türkiyə Cümhuriyyətinin Türküstan Baş Konsulu İlker Pak bir xalqın ruhunun onun dilində yaşadığını xatırladaraq, türk dilimizin köklərindən gələn zənginliyi qorumağın və gələcək nəsillərə ötürməyin hamımızın ortaq vəzifəsi olduğunu bildirdi. O, Kaşğarlı Mahmudun qələmə aldığı “Divanü Lüğat-it-Türk”ün eyni zamanda türk mədəniyyəti və düşüncə tərzinin aynası olduğunu vurğuladı.

Türk Dünyası Vəqfi İdarə Heyətinin sədr müavini Osman Özsoy isə çıxışında, “Divanü Lüğat-it-Türk”ün təkcə bir lüğət deyil, eyni zamanda bir sivilizasiya sənədi olduğunu bildirib, aşağıdakı məlumatları paylaşdı:

“Əsərdə 250-yə yaxın atalar sözü yer alır. Bunlardan seçilən 10 nümunə sərgidə ziyarətçilərə təqdim olunur. ‘Göz görmədikdən könül də unudar’, ‘Damla-damla göl olar’ kimi atalar sözlərinin həm Anadoluda, həm də Azərbaycan, Qazaxıstan və Qırğızıstanda işlədilməsi ortaq dil və mədəni birlikdən xəbər verir.”

Hoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin rektoru Janar Temirbekova isə çıxışında bu dəyərli sərgiyə ev sahibliyi etməkdən duyduqları məmnuniyyəti ifadə etdi.

Açılış zamanı sərgini gəzən rəsmi qonaqlara, Türk Mədəniyyəti və İrsi Fondunun layihə müdiri Nuri Aksu tərəfindən sərgi haqqında ətraflı məlumat verildi. Sərgi 2025-ci il iyunun 30-dək Hoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetində ziyarət oluna biləcək.