Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
“Ölkəmizin çox ağır, işğal və aqressiya ilə üzləşdiyi dönəmlərdə, müstəqilliyin ilk illərində Ümummilli Lider tərəfindən xarici siyasətin əsasları müəyyən edilib. On il ərzində Ulu Öndərin Azərbaycan həqiqətlərini, ölkəmizin suveren xarici siyasətini, ərazi bütövlüyünü təmin etmək üçün yorulmaz fəaliyyəti məhz bu ciddi əsası yaratdı. Biz böyük qürur və fəxarət hissi ilə Prezident İlham Əliyev tərəfindən həmin xarici siyasətin böyük məharət və uğurla davam etdirilməsinin şahidiyik”, – deyə C.Bayramov fikirlərini tamamlayıb.