Azərbaycan Minifutbol Federasiyasından verilən məlumata görə, 1/4 final qarşılaşmasını 7007 azarkeş izləyib.
Bu, minifutbol üzrə dünya və Avropa çempionatları tarixində qeydə alınan ən böyük göstəricidir.
Qeyd edək ki, bundan əvvəl ən çox azarkeş sayı Koşitse şəhərində keçirilən Avropa çempionatının açılış matçı olan Slovakiya – Belçika görüşündə olub – 6513.