Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Bakıda “Bilim Maarif” atelyesinin açılış mərasimi

Türkiyə Maarif Vəqfi və “T3 Vəqfi”nin ortaq əməkdaşlığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik kampusu”nda yaradılmış “Bilim Maarif” atelyesinin açılış mərasimi keçirilib.

Türkiyə Maarif Vəqfi və

Mərasimdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) direktorlar şurasının sədri Elvan Kuzucu və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə məktəbin “Texnofest” komandasının hazırladığı robotexnika vasitələrilə tanışlıq olub.

Ardınca qonaqlar təəssüratlarını bölüşüblər.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün atelyenin açılışını davamlı çalışqanlığın nəticəsi adlandırıb.

Səfir uşaqların gələcək fəaliyyəti və inkişafı üçün bu cür layihələrin vacibliyinə diqqət çəkib:

“Şübhəsiz, biz də bu uğura şahidlik etməkdən qürur duyuruq və bu kimi layihələrin davamlı olmasını diləyirik”.

Daha sonra uşaqların hazırladığı bədii hissə nümayiş olunub.