Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Azərbaycan müdafiə naziri Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi ilə görüşüb

Mayın 13-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmiş ilə görüşüb.

Mayın 13-də Azərbaycan Respublikasının

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, türkiyəli qonağı salamlayan müdafiə naziri onu ölkəmizdə görməkdən məmnunluq ifadə edib. Dövlət başçılarının qardaşlıq və dostluq münasibətlərinin Azərbaycan və Türkiyə arasında əməkdaşlığa böyük töhfə verdiyini, məhz bunun sayəsində hərbi əlaqələrimizin bu gün yüksək inkişaf mərhələsində olduğunu bildirib.

General-polkovnik Z.Həsənov hər iki qardaş ölkənin hərbi qulluqçularının cəlb edilməsi ilə keçirilən birgə təlimlərin sayının cari ildə ötən ilə nisbətən artmasını xüsusi vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən O.Məmiş müdafiə nazirinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını çatdırıb. Azərbaycan və Türkiyə arasında əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasına müsbət təsiri xüsusi vurğulanıb, habelə maraq doğuran digər məsələlər müzakirə olunub.