Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

“Anadolu Ankası – 2025” təlimi başa çatıb

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2025” (Anatolian Phoenix – 2025) beynəlxalq axtarış-xilasetmə təlimi uğurla başa çatıb.

Türkiyənin Konya şəhərində keçirilən

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, beynəlxalq təlimdə keçirilən “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə media nümayəndələri və rəsmi qonaqlar iştirak ediblər.

İştirakçılara təlimin gedişatı barədə statistik məlumatlar verilib, beynəlxalq axtarış-xilasetmə təliminə həsr olunmuş qısametrajlı videogörüntü təqdim edilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda beynəlxalq təlimə cəlb edilən iştirakçılar tərəfindən müxtəlif epizodların praktiki icrası media nümayəndələri və qonaqlar tərəfindən izlənilib.

Sonra Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Yıldızları” aviaqrupunun təqdimatında nümunəvi uçuşlar keçirilib.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qardaş ölkədə keçirilən “Anadolu Ankası – 2025” beynəlxalq axtarış-xilasetmə təlimində Azərbaycan Hərbi Hava Qüvvələrinin şəxsi heyəti yüksək peşəkarlıq nümayiş etdirib.