Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Zəfər Günündə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib

Azərbaycan Respublikasının müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, 8 Noyabr – Zəfər Günü münasibətilə Bakı, Gəncə, Xankəndi, Şuşa və Laçın şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil olunub.

Azərbaycan Respublikasının müdafiə nazirinin

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Hərbi orkestrlərin ifasında səsləndirilən hərbi vətənpərvərlik mahnılarının, eləcə də marşların sədaları altında keçirilən yürüşlər vətəndaşlarımız tətərəfindən alqışlarla qarşılanıb.

Yürüşü izləyənlər arasında ötən il sentyabrda keçirilən antiterror əməliyyatlarının iştirakçısı Fərəc Baloğlanov da var idi. Fərəc 22 yaşında suverenliyimizin və konstitusiya quruluşumuzun bərpası uğrunda gedən döyüşlərdə iştirakının onun üçün qürurverici bir hiss olduğunu bildirib: “Antiterror əməliyyatları zamanı Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətli həqiqi hərbi xidmət keçirdim. Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak etdim. Bu, mənim üçün ifadə oluna bilməyəcək qədər möhtəşəm duyğudur. Vətən müharibəsində iştirak edə bilmədiyimə görə məyus olmuşdum. Lakin hərbi xidmətimin bitməsinə az qalmış qəhrəmanlarımızın izi ilə gedərək onların missiyasının tamamlanmasında iştirak etdim. Bu gün isə həm yürüşdə iştirak etdim, həm də şəhidlərimizin əziz xatirəsini yad etmək üçün Birinci və İkinci Şəhidlər xiyabanlarına getdim. Bir vətəndaş olaraq Qələbəmiz naminə canını fəda edən döyüşçülərimizi yad etmək, onlara hər il minnətdarlıq bildirmək borcumuzdur”.
54 nömrəli məktəbin 11-ci sinif şagirdi Ülkər Cəfərli sinəsində həmin məktəbin məzunu, Vətən müharibəsi şəhidi, kapitan Həmidağa Hüseynzadənin şəkli ilə yürüşü izləməyə qatılmışdı.
“Atam Azərbaycan Ordusunun zabiti və Aprel döyüşlərinin iştirakçısı, əmim gizir Anar Cəfərov isə İkinci Qarabağ müharibəsinin şəhididir. O, oktyabrın 3-də Suqovuşanda şəhid olub. Yaşım az olsa da mən həm müharibədə doğmasını gözləyərkən bir insanın hansı hissləri keçirdiyini gözəl bilirəm, həm də çox sevdiyim əzizlərimdən birinin şəhid xəbərini almışam. Əmim A.Cəfərovun və şəklini sinəmdə daşıdığım H.Hüseynzadənin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. Hədəfim hərbi həkim olmaqdır. Vətən keşiyində duranlara şəfaçı olmaq istəyirəm”, – deyə Ü.Cəfərli bildirib.