Bunu Yeni Klinikanın direktor müavini Eldar Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünən saat 19 radələrində Yeni Klinikaya 14 nəfər yerləşdirilib: “Onlar gələndə neyrocərrahi, travmatoloji briqada hazır gözləyirdi və müvafiq şöbələrə yerləşdirildilər. Hazırda yaralılardan biri reanimasiyadadır. Xəsarətlərə əsasən bədənin müxtəlif saylı küt travmaları, bədən cızıqları, yüngül sümük sınıqlar daxildir”, – deyə o qeyd edib.