HÖRMƏTLİ SEÇİCİ!
19 saylı Nərimanov birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədov Hikmət Baba oğludur.
İnanırıq ki, Azərbaycan Respublikası Milli Məclisinə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır.
Hər birinizi seçkilərdə fəal iştirak etməyə və Azərbaycanın gələcəyinə – dünənin, bu günün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə, birlikdə növbəti zəfərlərə doğru inamla addımlamağa çağırırıq.
Əmin ola bilərsiniz ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə verdiyiniz səslər Azərbaycanın qüdrətinin və əhalinin rifahının daha da artmasına xidmət edəcəkdir.
#ParlamentSeçkiləri #Seçki2024 #YeniDövrəYeniAzərbaycanla