Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Yeni dövrə yeni Azərbaycanla!

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizəd Ceyhun Məmmədov

120 saylı Cəbrayıl-Qubadlı seçki

Əziz Cəbrayıllılar və Qubadlılar! Məlum olduğu kimi 1 sentyabr 2024-cü ildə ölkəmizdə növbədənkənar parlament seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyasının İdarə heyətinin qərarına əsasən namizədliyim 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən irəli sürülüb.

2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı torpaqlarını işğaldan azad edərək qələbəsini təmin etdi. 2020-ci ildə keçirilən parlament görüşlərində əsas çağırışlar torpaqlarımızın işğaldan azad olunması ilə bağlı idi. Biz artıq məqsədimizə nail olmuşuq. Qalib xalqın nümayəndəsi olmaq həqiqətən çox qürurvericidir.

İndi isə qarşımızda yeni hədəf və məqsədlər durur: Qələbəmizi möhkəmləndirmək, Azərbaycan həqiqətlərini təbliğ etmək, erməni yalanlarını ifşa etmək, ölkəmizi və dövlətçilik ənənələrini daha da gücləndirmək.

Bu məsələdə hər birimizin üzərinə hansı sahədə çalışmağımızdan asılı olmayaraq çox ciddi vəzifələr düşür. Məhz bütün bu reallıqları nəzərə alaraq Yeni Azərbaycan Partiyası bu seçkilərə yeni şüarla gedir: “Yeni dövrə yeni Azərbaycanla!”. Bu gün qarşımızda Yeni Azərbaycanı qurmaq kimi çox mühüm vəzifə durur.

Ulu Öndər Heydər Əliyev zamanında deyirdi ki, “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”. Biz əminik ki, Ulu Öndərin əsasının qoyduğu siyasəti Prezident İlham Əliyev müdrikliklə davam etdirərək Azərbaycan xalqına yeni qələbələr bəxş edəcək və biz birlikdə yeni dövrə uğurla qədəm qoyacağıq.

Azərbaycan xalqına yeni qələbələr bəxş edəcək və biz birlikdə yeni dövrə uğurla qədəm qoyacağıq.