Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

“YAŞAT” Fondunun türkiyəli və azərbaycanlı şəhid ailə üzvləri üçün reallaşdırdığı Naxçıvan səfəri başa çatıb

“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərbaycan Hava Yolları” QSC-nin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tərəfdaşlığı, “Nar”ın sponsorluğu ilə Naxçıvanda düşərgə keçirilib.

“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərbaycan

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunub.

Düşərgə çərçivəsində 15-17 yaş aralığında 50-yə yaxın türkiyəli və azərbaycanlı şəhid ailə üzvü dörd gün ərzində Naxçıvan Muxtar Respublikasında bir araya gəliblər.

Proqram müddətində Batabat gölünə, Duzdağ şaxtalarına, Əcəmi Seyrangahı – açıq hava muzeyinə, Möminə Xatun türbəsinə və Naxçıvan Qalasına ekskursiyalar keçirilib. İştirakçılar üçün Ağbulaq istirahət mərkəzində kanat turu, Əlincə qalası və Əshabi-Kəhfə ziyarət reallaşdırılıb.

Düşərgə müddətində Ordubad rayonuna da səfər təşkil olunub, Xan sarayı və digər tarixi yerlərə baş çəkilib. Həmçinin Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli şəhid övladları ilə görüşüb.

Düşərgə, həmçinin əyləncəli oyunlar, voleybol, futbol və film saatları ilə də yadda qalıb. Dörd şəhid övladının doğum günü də qeyd edilib.

Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığın bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.

Layihənin media dəstəkçisi ASAN TV, ASAN Radiodur.