Layihə Azərbaycan-Türkiyə sahəvi əməkdaşlığının sistemləşdirilməsi və dərinləşdirilməsinə dair fəaliyyət istiqamətləri və Azərbaycan-Türkiyə əməkdaşlığına dair qəbul edilmiş Fəaliyyət Planına əsasən icra olunur.
Düşərgə çərçivəsində 15-17 yaş aralığında 50-ə yaxın türkiyəli və azərbaycanlı şəhid ailə üzvləri 4 gün ərzində Naxçıvan Muxtar Respublikasında bir araya gələcəklər.
Bununla əlaqədar layihə iştirakçıları 21 avqust tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüblər.
Proqram müddətində iştirakçılar müxtəlif ekskursiya və gəzintilərdə iştirak edəcəklər.
Açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli iştirak ediblər.
Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələr üzrə əməkdaşlığın, dostluğun və qardaşlığının bariz nümunəsi kimi belə layihələrin “YAŞAT” Fondu tərəfindən davamlı həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin media dəstəkçisi : ASAN TV, ASAN Radio