Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir

Çində səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti aprelin 24-də Urumçi şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumunun “İnkişaf imkanlarını paylaşmaq və iqtisadi qloballaşmanı təşviq etmək” adlı panel sessiyasında iştirak edib.

Çində səfərdə olan Yeni

YAP-dan  bildirilib ki, Tahir Budaqov panel sessiyasında çıxış edib.

O qeyd edib ki, müstəqil dövlətlər öz sosial-iqtisadi resurslarına, demoqrafik potensialına, coğrafi mövqeyinə və digər bir sıra mühüm amillərə görə strateji prioritetlərini müəyyən edərək çağdaş reallıqlara və qlobal çağırışlara uyğun siyasət həyata keçirməklə davamlı inkişafa nail olmağa çalışırlar. Ölkələrin hər biri spesifik xarakter daşısa da, ümumən başlıca sosial-iqtisadi məqsədləri, o cümlədən makroiqtisadi sabitliyin, sosial inklüzivliyin təmini, vətəndaş rifahının yüksəldilməsi kimi məsələləri özündə ehtiva edir.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, istər Cənubi Qafqaz regionunun lider dövləti olaraq beynəlxalq müstəvidə yüksək nüfuza malik Azərbaycan, istərsə də dünyada aparıcı güc mərkəzlərindən biri kimi çıxış edən Çin özünəməxsus inkişaf modelinə sahibdir: “Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsi kimi yeni iqtisadi fenomen – “inkişafın Azərbaycan modeli” kimi səciyyələndirilən nümunə dünya siyasi və iqtisadi elitasının diqqətini cəlb edib. Müstəqillik illərində Azərbaycanın iqtisadi sistemi gücləndirilərək xarici təsirlərə davamlı hala gətirilmiş, maliyyə imkanları genişləndirilmiş, ümumdaxili məhsul, büdcə gəlirləri, xarici ticarət dövriyyəsi, ixracın həcmi dəfələrlə artmış, ölkənin strateji valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələmişdir”.

Ölkəmizin iqtisadi inkişafı prosesində milli və qlobal çağırışlardan irəli gələn vəzifələrin, o cümlədən ətraf mühitin mühafizəsi faktorunun ön plana çəkildiyini söyləyən Tahir Budaqov vurğulayıb ki, biomüxtəlifliyin, su hövzələrinin, o cümlədən Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, ekoturizmin inkişafı, təbii sərvətlərdən və bərpaolunan enerji mənbələrindən səmərəli istifadə xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycanın ötən ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq paytaxt Bakıda iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu isə ölkəmizin “yaşıl inkişaf” siyasəti həyata keçirməklə iqtisadi qloballaşmanın təşviqində mühüm rol oynadığını təsdiqləyir.

YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi prioritetlər öz əksini tapıb. Bu prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi bütövlükdə isə qloballaşma şəraitində milli məqsədlərin gerçəkləşdirilməsi və dayanıqlı inkişafın təmini baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

Bu gün ölkəmizin dostu və etibarlı strateji tərəfdaşı olan Çinin inkişaf yolunun da dünyada böyük maraq və diqqətlə izlənildiyini, həyata keçirilən siyasət nəticəsində qazanılan uğurların beynəlxalq müstəvidə, o cümlədən Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayan YAP Mərkəzi Aparatının rəhbəri bildirib ki, Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin yeni dövrdə bərabərlik, sosial ədalət, ictimai rifah, kollektiv inkişaf və güclü dövlətçilik prinsiplərinə əsaslanan Çin xüsusiyyətli sosializm konsepsiyası həm Çinin müstəqil dövlət kimi tərəqqisinə, həm də bəşəri mahiyyəti ilə xalqların xoşbəxt gələcəyinə hesablanmışdır.

Tahir Budaqov vurğulayıb ki, dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi məqsədilə ötən il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapan mühüm məsələlərdən biri də qarşılıqlı fəaliyyət əsasında hər iki ölkənin davamlı inkişafının təşviqidir.

YAP Sədrinin müavini qeyd edib ki, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi dövlət səfəri ölkələrimiz arasında əməkdaşlığın inkişafına əlavə təkan verəcək və yeni məzmun kəsb etməklə ümumi dəyərlərə, mədəni köklərə və qarşılıqlı iqtisadi maraqlara əsaslanan çoxəsrlik Azərbaycan-Çin münasibətlərinin növbəti tarixi mərhələsinin əsasını qoyacaqdır. Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası isə ənənəvi dostluq münasibətlərinə və ötən ilin noyabrında imzalanmış əməkdaşlıq memorandumunun müddəalarına əsaslanaraq bu prosesdə fəal iştirak etmək və qarşıya qoyulan vəzifələri inamla yerinə yetirmək əzmindədir.

YAP nümayəndə heyəti forumdan sonra Çinin Çjetsyan vilayətinin Xançjou şəhərinə yola düşüb.