Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində ötən ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində (XRİTDX) 2024-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində görülən işlər, əldə olunan nailiyyətlər və gələcək hədəflər müzakirə olunub.

Xüsusi Rabitə və İnformasiya

XRİTDX-nin məlumatına görə, tədbirdə çıxışında xidmət rəisi, general-leytenant İlqar Musayev ötən il ərzində həyata keçirilən strateji layihələr və informasiya təhlükəsizliyi sahəsində əldə olunan uğurlardan danışıb. O, Azərbaycan Prezidenti tərəfindən informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə göstərilən diqqət və qayğının nəticəsində XRİTDX-nin fəaliyyətinin daha da genişləndirildiyini və beynəlxalq əməkdaşlığın gücləndirildiyini vurğulayıb.

Müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransı kimi qlobal tədbirin yüksək səviyyədə təşkil olunmasında xidmət tərəfindən informasiya təhlükəsizliyinin təmin olunması sahəsində mühüm vəzifələrin həyata keçirilməsi barədə məlumat verilib.

Müşavirədə ötən il ölkəmizdə ilk dəfə təşkil olunan Kiberdiplomatiya üzrə beynəlxalq konfrans və yeni yaradılan Kiberdiplomatiya Mərkəzinin fəaliyyəti xüsusilə qeyd edilib. Eləcə də, müşavirədə kiberməkanın qlobal təhlükəsizlik məsələlərinə təsiri və beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, müşavirədə ötən il ərzində Kritik İnformasiya İnfrastrukturlarının siyahısının təsdiq edilməsi və dövlət informasiya ehtiyatlarının mühafizəsi üçün yeni hüquqi-normativ çərçivələrin hazırlanması kimi mühüm addımlar atıldığı qeyd olunub.

Tədbirdə, həmçinin “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 – 2027-ci illər üçün Strategiyası” həyata keçirilməsi üçün görülən işlər və əldə olunan nəticələr müzakirə edilib.

Müşavirəyə yekun vuran xidmət rəisi İlqar Musayev cari ildə xidmətin qarşısında duran məsuliyyətli vəzifələrin icrası üçün görüləcək tədbirlər haqqında tapşırıqlarını müşavirə iştirakçılarının nəzərinə çatdırıb.