Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

“Xocalı soyqırımının Ermənilər tərəfindən törədilməsindən 33 il keçir”.

Bunu Turanazerbaycan.com-a açıqlamasında azərbaycanlı millət vəkili Elman Məmmədov deyib.

Bunu Turanazerbaycan.com-a açıqlamasında azərbaycanlı

O, bu ümumbəşəri cinayətin törədilməsində iştirak edən ermənilərin çox az bir hissəsi həbsdə olduğunu vurğulayıb: “Ancaq çox hissəsi hələ də azadlıqdadır. Azərbaycan onların da həbsinə nail olacaq və vaxt gələcək onlar da Azərbaycan məhkəməsi qarşısında törətdikləri cinayətə görə cavab verməyə məcbur olacaqlar. Xocalı soyqırımı dövründə 613 nəfər dinc sakinimiz şəhid edildi. Onlardan 106 nəfər qadın, 63 nəfər körpə və qocalar idi. Ermənilər heç vaxt orduya qarşı döyüşməyiblər. Onlar həmişə dinc əhaliyə divan tutublar. Təkcə Xocalı soyqırımında yox, eyni zamanda bu soyqırıma qədər törətdikləri cinayətlər onların faşist ideologiyasına xidmət etdiklərini sübut edir. Onlar bütün tarix boyu özlərini məzlum və mədəni xalq kimi qələmə verməyə çalışıblar”.

Məmmədovun sözlərinə görə, həqiqətdə onların iç üzü vəhşilikdən, insanlara divan tutmaqdan, soyqırım törətməkdən ibarətdir: “Ancaq haqq-ədalət gec-tez yerini tapır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri öz sözünü dedi. Bu gün düşmənlər ərazilərimizdən təmizlənib. Azərbaycan öz suverenliyini tam bərpa edib. Bu gün xeyli sayda Xocalı sakini artıq öz torpaqlarında məskunlaşıb. Bu torpaqlarda tikinti-quruculuq işləri davam edir. Bu gün ermənilər başqa dövlətlərin ərazisində yaşayırlar və onlar Azərbaycanda gedən bərpa-quruculuq işlərini izləyirlər. Biz doğma torpaqlarımıza qayıtmışıq”.