“Xocalı soyqırımı dövründə 613 nəfər dinc sakinimiz şəhid edildi. Onlardan 106 nəfəri qadın, 63-ü uşaq idi. Ermənilər heç vaxt orduya qarşı döyüşməyiblər. Onlar həmişə dinc əhaliyə divan tutublar. Təkcə Xocalı soyqırımında yox, eyni zamanda, həmin qətliama qədər törətdikləri cinayətlər onların faşist ideologiyasına xidmət etdiklərini sübut edir. Onlar bütün tarix boyu özlərini məzlum və mədəni xalq kimi qələmə verməyə çalışsalar da həqiqətdə onların iç üzü vəhşilikdən, insanlara divan tutmaqdan, soyqırım törətməkdən ibarətdir. Ancaq haqq-ədalət gec-tez yerini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında öz sözünü dedi. Bu gün ərazilərimiz düşmənlərdən təmizlənib, Azərbaycan öz suverenliyini tam bərpa edib. Artıq xeyli sayda Xocalı sakini artıq öz torpaqlarında məskunlaşıb. Azad edilmiş torpaqlarda tikinti-quruculuq işləri davam edir. Vaxtilə özlərini məğlubedilməz elan edən ermənilər indi Azərbaycanda gedən bərpa-quruculuq işlərini izləməyə məcburdurlar”, – deyə deputat bildirib.
Xocalı soyqırımında iştirak edən bütün canilər törətdikləri cinayətə görə Azərbaycan məhkəməsi qarşısında cavab verməyə məcbur olacaqlar
Ermənilər tərəfindən Xocalı soyqırımının törədilməsindən 33 il keçir. Bu ümumbəşəri cinayətin törədilməsində iştirak edən ermənilərin çox az bir hissəsinin həbsdədir. Ancaq çox hissəsi hələ də azadlıqdadır. Dövlətimiz onların da həbsinə nail olacaq və vaxt gələcək həmin canilər də törətdikləri cinayətə görə Azərbaycan məhkəməsi qarşısında cavab verməyə məcbur olacaqlar.
Bunu Turan Azerbaycan.com-a açıqlamasında azərbaycanlı millət vəkili Elman Məmmədov deyib.
