Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Xankəndi, Şuşa və Xocalıda xeyli silah-sursat aşkarlanıb

Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Vətən müharibəsi və antiterror

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərlə avqustun 17-dən 24-dək polis əməkdaşları tərəfindən Xankəndi şəhərindən 26 avtomat silahı, 4 tapança, 7 tüfəng, 44 qumbara, 19 alışdırıcı, 2 nişangah, 2 görmə cihazı 2 mərmi, 1 trotil, 3 süngü-bıçaq, 65 patron darağı, 2275 ədəd müxtəlif çaplı patron və digər sursatlar, Şuşa şəhərindən 1 tapança, 1 mərmi, 3 qumbara, 2 alışdırıcı, 4 patron darağı, 125 ədəd müxtəlif çaplı patron, Xocalı rayonundan 2 avtomat silahı, 4 patron darağı və 174 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.