Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Xankəndi diplomatik gündəmin mərkəzində: Türkiyəli səfirdən AzTV-yə EKSKLÜZİV AÇIQLAMA

“Xankəndi beynəlxalq diplomatik arenaya çevrilir”.

“Xankəndi beynəlxalq diplomatik arenaya

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün AzTV-yə Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşünə dair açıqlamasında deyib.

Səfirin sözlərinə görə, iyulun 3-ü və 4-də baş tutacaq sammitdə təşkilata üzv 13 ölkənin liderləri iştirak edəcək: “Bu tədbirdə bölgənin gələcəyi ilə bağlı çox önəmli müzakirələr aparılacaq”.

Birol Akgün Türkiyə və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb:

“Biz səfirlik olaraq Bakıda iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına dəstək verməyə davam edirik. Bütün akademik araşdırmalarda Türkiyədə “ən çox güvəndiyiniz xalq kimdir?” sualına cavab olaraq Azərbaycan göstərilir. Azərbaycanda aparılan sorğularda isə eyni cavab Türkiyədir. Bu, həm elmi, həm də mənəvi baxımdan hər iki xalqın bir-birinə nə qədər yaxın olduğunu sübut edir”.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Xankəndidə keçiriləcək. İyulun 3-ü və 4-də baş tutacaq tədbirdə təşkilata üzv 13 ölkənin liderləri iştirak edəcək. Zirvə görüşündə üzv dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı ilə yanaşı, dünyada baş verən son hadisələr də müzakirə olunacaq.