Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Xalqımız şəhidlərin uyuduğu müqəddəs məkanları ziyarət edib

Sentyabrın 27-si tariximizə həm kədərli, həm qürurlu tarix kimi həkk olunub. Düz dörd il bundan əvvəl başlayan Zəfər yolunda ilk addımlar məhz həmin gün atıldı. Hər günü bir tarix olan 44 günlük qəhrəmanlıq salnaməmizə neçə-neçə igid oğullar öz canları, qanları ilə adlarını yazdırdılar. Azərbaycan xalqı şanlı Vətən müharibəsində 2900-dan çox övladını qurban verdi.
Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Sentyabrın 27-si tariximizə həm

Anım Günündə ən çox ziyarət olunan məkanlar Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın uyuduqları Şəhidlər xiyabanı və İkinci Şəhidlər xiyabanı olub. Həmin gün səhər saatlarından başlayaraq, dövlət və hökumət rəsmiləri, Vətən müharibəsinin iştirakçıları, qazilər, hərbçilər, şəhid ailələri, ictimaiyyət nümayəndələri şəhidlərimizin xatirəsini yad etmək üçün həmin müqəddəs məkanlara üz tutublar. Zəfərin baş qəhrəmanlarının ruhlarına dualar oxunub, onlara bir daha minnətdarlıq ifadə olunub.

Respublikamızın hər yerində şəhid məzarları ziyarət edilib, izdihamlı anım mərasimləri keçirilib.