Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Əliyev Asiman Vaqif oğlu və İsmayılzadə Zaur Nizami oğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Vətənimizin ərazi bütövlüyü uğrunda

Müdafiə Nazirliyinin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, kursant yoldaşları, döyüş yoldaşları və digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidlərimizin şərəfli həyat və döyüş yoluna nəzər salıb, orta məktəbdə və xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldıqları müddətdə hərb peşəsinə olan marağından, nizam-intizamından və məsuliyyətindən danışıblar.
Mərasimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun apardığı uğurlu döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Sonra şəhidlərimizin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən fotolar və videosüjetlər nümayiş etdirilib.
Şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimlərində şəhidlərimizin xatirəsinə  həsr olunmuş şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.