Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşdırılmasında əvəzsiz rol oynayıb

Hər il olduğu kimi, bu il də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirik. Tarixə nəzər saldıqda bir daha şahid oluruq ki, Heydər Əliyev Azərbaycan üçün misilsiz xidmətlər göstərib və dövlətçiliyimizin möhkəm təməlini qoyub.

Hər il olduğu kimi,

Bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın təkcə Qafqaz regionunda deyil, Avrasiya məkanında da mühüm mövqe qazanması məhz onun uzaqgörən siyasətinin nəticəsidir.

“Ulu Öndər sovet dövründə respublikaya rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərin qorunmasına, ana dilimizin Konstitusiyada əks olunmasına və mədəniyyətimizin inkişafına xüsusi diqqət yetirib. Bu amillər sonrakı mərhələdə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Heydər Əliyev azərbaycançılıq ideologiyasının formalaşdırılmasında əvəzsiz rol oynayıb. Müstəqilliyin ilk illərində ölkəmizi iqtisadi tənəzzüldən çıxarıb, inkişaf yoluna yönəldib, güclü ordu quruculuğuna start verib və böyük Zəfər yolunun bünövrəsini qoyub. Bu gün onun siyasi varisi, özü qədər inandığı Prezident İlham Əliyev Ulu Öndərin yolunu uğurla davam etdirir”,- deyə o əlavə edib.