Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Türkiyənin xarici işlər naziri: Sülh prosesində can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik

Cənubi Qafqaz ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Balkan ölkələri Avropaya açılan qapımız olduğu kimi, Qafqaz da Orta Asiyaya olan qapımızdır. Qarabağın işğaldan azad edilməsi ilə bölgəmizdə daimi sülh və rifah üçün tarixi fürsət yaranıb. Bu prosesdə can Azərbaycanla çiyin-çiyinə hərəkət edirik. Ermənistanın da davamlı və strateji bir anlayışla hərəkət edəcəyinə inanıram.

Cənubi Qafqaz ölkəmiz üçün

Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyədəki yerli və beynəlxalq media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında ifadə edib.

Ermənistanın baş naziri Nikol Paşinyanın sülh müqaviləsinin imzalanması istiqamətdə verdiyi müsbət mesajların əhəmiyyətini qeyd edən Hakan Fidan deyib: “Onun sülhyönümlü mövqeyini ortaya qoyması prosesin müsbət istiqamətdə davam etməsinə töhfə verəcək. Tərəflər arasında vasitəçilər olmadan, ikitərəfli formatda aparılan müzakirələrə dəstəyimizi davam etdiririk. Sülhün təmini bölgəmizin inkişafında bənzəri görünməmiş yeni fürsətlər gətirəcək”.