Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Türkiyənin nəqliyyat və infrastruktur naziri: COP kimi böyük tədbirə ev sahibliyi etmək cəsarət tələb edir

Azərbaycan işğal altındakı Qarabağı azad etdikdən sonra dünya səviyyəsində çox böyük tədbirlərdən birinə ev sahibliyi edir. Bu qədər böyük tədbirə ev sahibliyi etmək cəsarət tələb edir. COP məkanında plenar sessiyalardan tutmuş, nəqliyyata qədər hər bir detal nəzərə alınıb və təşkil edilib. Buna görə Azərbaycana təşəkkür edirəm.

Azərbaycan işğal altındakı Qarabağı

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu mətbuat nümayəndələri ilə görüşündə deyib.

Türkiyənin 2053-cü ilə qədər xalis sıfır emissiya hədəfini qarşıya qoyduğunu deyən nazir həmin məqsədlə əhalinin sıx olduğu şəhərlərdə elektrikli nəqliyyat vasitələrindən istifadə üçün planlamalar hazırlandığını, velosiped və skuterlərdən istifadəni təşviq etmək üçün şəhərlərdə də bir çox qaydalar hazırlandığını bildirib.

Onun sözlərinə görə, xüsusən də son günlər yağan güclü yağışlar təbii fəlakətlərə səbəb olub, şəhərlərin təhlükəsizliyinə təhlükə yaradıb: “Biz COP29-da iqlim dəyişikliyi ilə bağlı inkişaf edən vəziyyətdən asılı olaraq şəhərlərimizi və ölkələrimizi daha yaşana bilən və dayanıqlı vəziyyətə gətirmək üçün çalışırıq. Həm ölkəmizdə gördüyümüz işləri bölüşür, həm də iştirakçı ölkələrdə görülən işləri izləyir və əməkdaşlığımızı inkişaf etdiririk”.

Nazir bildirib ki, Türkiyədəki 58 hava limanından 50-si karbon emissiyasının azaldılması üzrə sertifikat alıb. Bu, dünyada ən yüksək göstəricilərdən biridir: “Gələcək nəslə daha yaxşı, daha yaşana bilən dünya buraxmaq üçün karbon emissiyalarını birlikdə azaltmalıyıq”.

“Türkiyə Azərbaycanın da ərazisindən keçən Orta dəhliz üzərində yerləşir. Bu dəhliz Çindən Avropanın ən qərb hissəsinə, Londona qədər uzanır. Həmin dəhlizin daha da inkişaf etdirilməsini, orada elektrik qatarları və lokomotivlərdən istifadə olunmasını necə təkmilləşdirə biləcəyimizi müzakirə edirik. Biz ölkəmizdə elektrik qatarlarını, lokomotivləri inkişaf etdiririk. Həmçinin özümüz də onları istehsal etməyə başlamışıq. Bilirik ki, son vaxtlar Şərq-Qərb istiqamətində ticarəti dəstəkləmək üçün Şimal-Cənub istiqamətində bəzi dəhlizlər yaranıb ki, bu da Orta dəhlizə dəstək olacaq. Azərbaycan bununla bağlı investisiyalar yatırıb. Bu mənada biz Şimal-Cənub dəhlizini və Orta dəhlizi dəstəkləyəcəyini düşündüyümüz İnkişaf Yolu ilə bağlı işlər aparırıq. Yəni biz İnkişaf Yolu dəhlizini İraqın Bəsrə körfəzindən başlayaraq Türkiyə ərazisindən keçməklə Avropaya, Orta dəhlizə bağlamaq üzərində işləyirik”.