Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Türkiyəli nazir: Ankara Aktauda baş verən təyyarə qəzası məsələsində Bakı ilə əməkdaşlığa hazırdır

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması məsələsində Ankaranın Azərbaycana hərtərəfli dəstək verməyə hazır olduğunu açıqlayıb.

Türkiyənin nəqliyyat və infrastruktur

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Ə.Uraloğlu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə telefon danışığında AZAL-ın təyyarəsində baş vermiş qəza ilə bağlı müzakirə aparıb.

Türkiyəli nazir Ankaranın bu məsələdə Azərbaycanla əməkdaşlığa hazır olduğunu vurğulayıb. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbəri də sosial şəbəkələrdə Azərbaycan və Qazaxıstana verdiyi başsağlığı mesajını paylaşıb.