FHN-in mətbuat xidmətindən bildirilib ki, avqustun 18-dən meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarə Muğla-Ula, Bolu-Gerede, Uşak-Eşme, Akhisar-Taşkuyucak, Balıkesir-Edremit, Manisa-Alaşehir, İzmir-Urla, Berqama, Foça, Aliağa, Kemalpaşa-Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib.
Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb.
Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.