Diplomatik missiyada baş tutan görüş zamanı Samir Abbasov rəhbərlik etdiyi Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə bir sıra nəşrlərin türk dilinə tərcümə olunduğunu, Ana dilimizin və ədəbiyyatımızın təbliği ilə bağlı planlaşdırılan layihələr haqqında məlumat verib. Görüşdə Azərbaycanın dövlət dilinin təbliği məqsədi ilə Türkiyədə səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihə və tədbirlərin keçirilməsi, Mədəniyyət Mərkəzi tərəfindən Türkiyənin ali məktəblərində yaradılacaq Azərbaycanşünaslıq mərkəzlərində ana dilimizin, ədəbiyyatımızın təbliği və tədrisi, bu istiqamətdə kurs, dərnək və mühazirələrin təşkili, birgə nəşr layihələrinin həyata keçirilməsi müzakirə edilib və əməkdaşlığa dair razılıq əldə olunub.
Türkiyədə Azərbaycan dili və ədəbiyyatının təbliği istiqamətində yeni layihə və tədbirlər reallaşdırılacaq
Azərbaycanın Türkiyədəki səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva ilə görüş keçirib.