Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Türkiyədə Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsi anılır

Türkiyədə “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi yad edilir.

Türkiyədə “Azərbaycan Hava Yolları”na

Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin, siyasi partiyaların, ictimai təşkilatların nümayəndələri, qardaş ölkənin sakinləri dekabrın 26-da səhər saatlarından etibarən Azərbaycanın Ankaradakı səfirliyinə gələrək, başsağlığı kitabında öz ürək sözlərini yazırlar.

Səfirliyin əməkdaşları təyyarə qəzasında həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov səfirliyin divarları önünə əklil qoyan Türkiyənin bir qrup siyasətçisi və ictimaiyyət nümayəndələrini diplomatik missiyanın qapısında qarşılayıb.

Faciə qurbanlarının xatirəsinə dualar oxunub, Türkiyə-Azərbaycan həmrəyliyi vurğulanıb.