Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Türkiyə YSK-nın sədri: Azərbaycan xalqının demokratik dəyərlərə inancı yüksək səviyyədədir

Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Yüksək Seçim Kurulunun (YSK) sədri Ahmet Yenerin rəhbərlik etdiyi müşahidə missiyasının üzvləri ilə görüşüb.

Avqustun 31-də Mərkəzi Seçki

Görüşdə MSK sədri seçkilərin müşahidəsinə 600-dən artıq beynəlxalq və 112 mindən artıq yerli müşahidəçinin qoşulduğunu, bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırıldığını qonaqların diqqətinə çatdırıb. O, medianın seçkiləri sərbəst şəkildə izləyə biləcəyini deyib, ölkədəki siyasi partiyaların və vətəndaş cəmiyyəti institutlarının seçkilərin müşahidəsində xüsusilə fəallıq göstərdiyini vurğulayıb. Respublika ərazisində 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov bildirib ki, ölkədə fəaliyyət göstərən 26 partiyadan 25-i seçkilərdə iştirak edir. O, həmçinin Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2471 məntəqədə fiziki məhdudiyyətli şəxslər üçün pandusların quraşdırıldığını deyib.

Parlament seçkilərinin Azərbaycanın bütün suveren ərazilərində ilk dəfə keçiriləcəyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirən MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb. Seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb.

MSK-dakı səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünü bildirən Ahmet Yener Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu qeyd edərək prosesləri fəal şəkildə izləyəcəklərini vurğulayıb. Bildirib ki, Azərbaycan xalqının demokratik dəyərlərə inancı yüksək səviyyədədir. O, bu il fevralın 7-də keçirilən prezident seçkilərində yüksək seçici fəallığı müşahidə etdiklərini xatırladıb. Bildirib ki, prezident seçkiləri şəffaf və demokratik şəkildə keçirilib. Qonaq sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də eyni ab-havanı müşahidə edəcəklərinə əminliyini bildirib.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.