Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Türkiyə də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır

“Prezident İlham Əliyev yaxın günlərdə Ankaraya səfər etdi. səfər əsnasında bir sıra məsələlər geniş müzakirə olundu”.

“Prezident İlham Əliyev yaxın

Bunu Turanazerbaycan.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili bildirib ki, səfərin əsas məqsədi həmin müzakirələrin aparılması idi: “Azərbaycan-Türkiyə müxtəlif istiqamətlərdə fəaliyyət göstərir, addımlar atırlar. Ən önəmli məsələlərdən biri Türkiyə və Azərbaycanın enerji təhlükəsizliyi sahəsində əməkdaşlığıdır. Günümüzdə həmin əməkdaşlıq sürətlə inkişaf edir. Ölkəmiz Türkiyə ilə bu istiqamətdə ardıcıl və mütəşəkkil tədbirlər həyata keçirir.
Azərbaycan-Türkiyə birgə səyləri nəticəsində regionda böyük gücə çevrilir. Bu, ölkənin taleyində çox müsbət rol oynayır. Biz bunu bütün istiqamətlərdə açıq-aydın görürük. Tərəflər həmin istiqamətdə davamlı olaraq müxtəlif layihələr həyata keçirir. Ən önəmli layihələrdən biri İqdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsidir. Növbəti mərhələdə əməkdaşlığın daha da inkişaf etdiyinin şahidi olacayıq. Qarşımızda duran ən önəmli məsələlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Həmin dəhlizin açılması üçün Türkiyə ilə məsləhətlər də aparılıb. Həmin dəhliz heç şübhəsiz açılacaq. Türkiyə də həmin dəhlizin açılmasında maraqlıdır və bunun üçün bir sıra tədbirlər həyata keçirilir”.