Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Türkiyə Ali Məhkəməsinin Baş prokuroru: İqlim dəyişmələri dünyanın, insanlığın ən böyük problemlərindən biridir

Qardaş Azərbaycanın COP29 çərçivəsində belə bir tədbiri keçirməsi çox qürurvericidir. Bu konfrans qardaş ölkə Azərbaycanın dünyaya tanıdılmasında böyük rol oynayır.

Qardaş Azərbaycanın COP29 çərçivəsində

Bunu jurnalistlərə müsahibəsində COP29-da iştirak edən Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürk deyib.

M.Şentürk iqlim dəyişmələrində 50-60 il öncə problemlərin olmadığını deyərək qeyd edib: “Amma indi iqlim dəyişmələri dünyanın, insanlığın ən böyük problemlərindən biridir. Bu günlərdə İspaniyada baş verən sel fəlakəti nəticəsində 300 nəfər dünyasını dəyişdi. Həqiqətən də get-gedə qlobal temperaturu artan, quraqlaşan dünyanı müşahidə edirik. Yağışlar şiddətli və lokal şəkildə yağır. Sel fəlakətləri baş verir. İqlim dəyişmələri insan hüquqları probleminə çevrilib. Bu problemlərin müzakirə olunduğu COP29 konfransının əhəmiyyətini yüksək qiymətləndirirəm. Bu məsələdə hüquq mübarizə metodu kimi istifadə edilə bilər”.