Dünyanın hər yerindən yüksəkvəzifəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən sərgidə quru, dəniz və hava hücumundan müdafiə sektorunda müdafiə sənayesinin ən son texnologiyaları yer alır.
Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı deyib: “Müdafiə sənayesi rəhbərliyi və Türkiyə şirkətləri olaraq ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün dost və qardaş Azərbaycandayıq. Burada həmsöhbətlərimizlə də görüşlər keçiririk. Münasibətimiz olan ölkələrin nazirləri, nümayəndələri ilə, dünyanın müxtəlif yerlərindən iştirak edən həmkarlarımızla görüşürük. Şirkətlərimiz öz məhsullarında istifadə etdikləri altsistemləri, faydalı yükləri və ya sursatları nümayiş etdirirlər. Ümidvaram ki, bir-birini tamamlayaraq qurduğumuz bu yeni dövr strategiyasının gələcəkdə daha müsbət nəticələrini görəcəyik. Ümid edirəm ki, sərgi ölkəmiz, millətimiz və müdafiə sənayemiz üçün faydalı və xeyirli olacaq”.