Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Türk Dövlətlərinin Kardioloji Cəmiyyəti yaradılacaq

Türk Dövlətlərinin Kardioloji Cəmiyyətinin yaradılması istiqamətində işlər gedir. Onun loqosu və idarə heyəti rəhbərlik səviyyəsində həll olunur.

Türk Dövlətlərinin Kardioloji Cəmiyyətinin

Bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru professor Gülnaz Dadaşova deyib.

G.Dadaşova bildirib ki, həmin cəmiyyətin yaradılması dövlətimizin prioritet məsələlərindən biridir: “Çoxdan düşünülən bir layihədir və dövlətin böyük dəstəyi ilə həyata keçirilir. Cəmiyyətdə sadəcə türk dövlətlərinin kardioloqları deyil, həmin ölkələrdə fəaliyyət göstərən rəsmi kardioloji assosiasiyalar da təmsil olunacaq. Biz birlikdə olduğumuz zaman güclüyük. Həm türk dövlətləri kimi, həm də səhiyyə sistemini təmsil edən bir qurum kimi birlikdə çox böyük işlər görə bilərik. Cəmiyyətin yaradılması tibbin müxtəlif sahələrində, xüsusilə kardiologiya sahəsində kadr potensialının gücləndirilməsinə, müştərək konfrans və debatların keçirilməsi ilə türk dövlətlərinin aparıcı mütəxəssislərinin biliklərinin paylaşılması nəticəsində daha keyfiyyətli xidmət göstərilməsinə töhfə verəcək.

İnanıram ki, cəmiyyətin yaradılması hər kəs üçün faydalı olacaq və yeni addımlar atmağımıza zəmin yaradacaq”.