Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Türk dövlətlərinin birliyi böyük perspektiv vəd edir

“Bu gün Türk dövlətləri arasında birlik var”.

"Bu gün Türk dövlətləri

Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Aydın Mirzəzadə deyib.

O, türk dövlətlər təşkilatının yaranması prosesindən söhbət açıb: “Türk dövlətləri Azərbaycanın haqlı davasını müdafiə edir, ərazi bütövlüyünü dətəkləyirlər. Bu gün Qazaxıstan, Özbəkistan, Qırğızıstan dövləti işğaldan azad olunan ərazilərdə tədris müəssisələri tikmək öhdəliyini götürüb. Onlardan artıq ikisi fəaliyyətə başlayıb. Qarşılıqlı sürətdə investisiya qoyuluşu, humanitar əlaqələrin yaradılması ilə bağlı işlər gedir. Orta Asiyadakı Türk dövlətlərində ali məktəblərdə Azərbaycan dili və ədəbiyyatı ixtisası açılıb. Bu gün qazax, özbək dili öyrənilir. Ötən ilin dekabrında Azərbaycan təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində yaşadığımız acıya Qazaxıstan Prezidentinin ürək ağrısı ilə yanaşdığını gördük. Bütün bunların hamısı Türk xalqlarının birliyindən xəbər verir”.
A.Mirzəzadə vurğulayıb ki, Türk Dünyası Birliyi ortada olan real strukturdur: “Cəmiyyətin müxtəlif təbəqələri arasında çox intensiv əlaqələr var. Həmin birlik Türk xalqlarının içindən gəlir və möhkəmdir. Birlik böyük perspektiv vəd edir”.