Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Turan birliyinin yaradılması türk dövlətləri arasında inteqrasiyanın formalaşmasına müsbət təsir göstərəcək

“Turan Birliyinin yaradılması bir çox siyasi məna verir”.

“Turan Birliyinin yaradılması bir

Bunu Turanazerbaycan.com-a açıqlamasında azərbaycanlı millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, Turan birliyinin yaradılması türk dövlətləri arasında inteqrasiyanın, birliyin, həmrəyliyin formalaşmasına öz müsbət təsirini göstərəcək: “Bu gün dünyamızda çox amansız proseslər gedir. Ona görə də biz regionda əməkdaşlığı gücləndirməliyik. Türk dövlətləri arasında əlaqələr, münasibətlər daha da gücləndirməlidir ki, biz gələcəkdə baş verə biləcək proseslərdə özümüzü qoruyaq və sığortalaya bilək”.
C.Məmmədov vurğulayıb ki, belə tədbirlər həyata keçirilmədiyi təqdirdə gələcəkdə türk dövlətlərinin ciddi çətinlik yaşayacağı istisna olunmur: “Həmçinin biz bu istiqamətdə ortaq dil və digər layihələrin uğurla həyata keçirilməsi üçün bütün səylərimizi gücləndirməliyik. Beləliklə belə güclü birliyin, əməkdaşlığın yaradılması öz müsbət töhfəsini verəcək”.