Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Torpaqlarımız azad edildikdən sonra işğalın nəticələrinin gözlədiyimizdən də qat-qat ağır olduğunu gördük

“Ermənistanın iddiasına, eyni zamanda, xaricdən müəyyən dairələrin onlara dəstək verməsinə baxmayaraq, Azərbaycan heç vaxt işğal faktoru ilə razılaşmayıb”.

Bunu Turanazerbaycan.com-a azərbaycanlı millət vəkili Aydın Mirzəzadə deyib.

“Ermənistanın iddiasına, eyni zamanda,

Onun sözlərinə görə, dövlətimiz hər zaman torpaqlarımızı işğaldan azad edəcəyini və həmin ərazilərdə həyatın qayıdacağını birmənalı şəkildə elan edirdi: “Hələ çox-çox illər əvvəl torpaqlarımız işğalda olanda Böyük Qayıdış planı hazırlanmışdı. Harada hansı işlərin görüləcəyi, insanların ata ocağına qayıtması üçün konkret planlar qurulmuşdu. Düzdür, torpaqlarımız azad edildikdən sonra işğalın nəticələrinin gözlədiyimizdən də qat-qat ağır olduğunu gördük. Bütün yaşayış fondu dağıdılmış, təbiətə zərər vurulmuşdur. Torpaqlarımız minalanmışdır. Lakin buna baxmayaraq, qısa zamanda çox böyük qlobal işlər görüldü. Torpaqlarımız minalardan təmizləndi. Hər şey bərpa edilməyə başladı, 700 kilometrdən çox yollar çəkildi. 70 kilometrə qədər tunel qazılır. Nəinki sadəcə bərpa, ağıllı kənd və şəhər prinsipi ilə müasir yaşayış komplekslərinin salınması, təhsil, səhiyyənin yüksək səviyyədə qurulması üçün böyük işlər görüldü. Bunun nəticəsidir ki, 10-dan çox yaşayış məntəqəsində xüsusilə də Şuşada və Xocalıda yaşayış təmin edilib. İnsanların mənzillə yanaşı, eyni zamanda, işlə təminatı da çox ciddi sürətdə diqqətdə saxlanılır. Mənzillər insanlara dövlət hesabına pulsuz verilir. Bütün bu məsələlər Prezident İlham Əliyevin diqqətindədir. Onun tez-tez işğaldan azad olunan ərazilərimizə səfər etməsi bunun bariz nümunəsidir. Bu günlərdə onun Ağdam şəhərində görülən işlərlə tanışlığı göstərdi ki, çox böyük layihə həyata keçirilir. Elə bu il təkcə Ağdam şəhərinə 10 min insan qayıdacaq. Gələn il isə 20 min insanın qayıdacağı gözlənilir. Perspektivdə isə Ağdam gələcəkdə əhali sayına görə ölkənin dördüncü şəhərinə çeviriləcək və 100 mindən çox insan orada yaşayacaq”.