Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında Birgə Bəyannamə qəbul edilib

Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasında yekun sənəd – Birgə Bəyannamə qəbul olunub.

Şuşada keçirilən Türk Dövlətləri

Sənəddə TDT-nin səhiyyə sahəsində əməkdaşlıq üzrə işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planının təsdiqi, habelə vahid tibb elmi məkanının yaradılması, birgə elmi tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi kimi məsələlər öz əksini tapıb.

Bundan əlavə, Bəyannamədə Təşkilata üzv və müşahidəçi ölkələrin milli qanunvericiliyinə uyğun olaraq, TDT çərçivəsində vahid rəqəmsal səhiyyə standartlarının hazırlanması ilə sərhədlərarası pasiyent məlumatlarının mübadiləsinin vacibliyi qeyd edilib. Həmçinin sənəddə “Türktransplant sisteminin təsis edilməsinə dair Niyyət Protokolu”nun, eyni zamanda, TDT-nin üzv və müşahidəçi ölkələrinin Səhiyyə nazirliklərinin elmi-tədqiqat institutları və mərkəzləri arasında Anlaşma memorandumlarının imzalanılmasının əhəmiyyəti vurğulanıb.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclasının yekunlarına əsasən, Təşkilatın səhiyyə nazirlərinin növbəti görüşünün Qazaxıstanda keçirilməsi qərara alınıb.