Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

TDT ölkələrinin səhiyyə nazirləri tibbi turizmin inkişafı barədə razılığa gəliblər

Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirlərinin 5-ci görüşü keçirilib.

Astanada Türk Dövlətləri Təşkilatına

Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, forumda tərəflər səhiyyə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi – tibb və əczaçılıq sənayesində tərəfdaşlığın genişləndirilməsi, beynəlxalq təşkilatların rolunun gücləndirilməsi, mütəxəssislər arasında təcrübə mübadiləsi və rəqəmsal texnologiyaların tətbiqi məsələlərini müzakirə ediblər.

Qazaxıstan tərəfi texnologiya transferi, kadr bazasının gücləndirilməsi, tibbi turizmin inkişafı, əczaçılıq istehsalı, transplantasiya və sairə sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyən edən 2025-2026-cı illər üçün Fəaliyyət Planı layihəsini təqdim edib.

Görüşün yekununda beynəlxalq təşkilatlar və özəl sektorla əməkdaşlığa dair birgə Bəyannamə imzalanıb. Sənəd tibb təhsilinin standartlaşdırılması, səhiyyədə İKT-nin tətbiqi və pasiyent məlumatlarının mübadiləsini təklif edir.

Forum çərçivəsində ikitərəfli görüşlər keçirilib, tibbi təhsil, bioloji təhlükəsizlik və təcili tibbi yardım sahəsində əməkdaşlıq haqqında memorandumlar imzalanıb. TDT işçi qrupunun növbəti il üçün Fəaliyyət Planları təsdiq edilib.