Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) yaydığı məlumata istinadən xəbər verir ki, toplantıda müzakirə edilən əsas məsələ “Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyinin (TDT-URTA)” yaradılması ilə bağlı olub.
İştirakçı tərəflər birliyin yaradılması qərarını yekdilliklə dəstəkləyiblər.
Tədbirdə ölkəmizi ABADA prezidenti Həbib Həsənov təmsil edib.