Faciə qurbanlarına ehtiram məqsədilə İstanbulda, eləcə də Türkiyənin fərqli bölgələrində yaşayan və fəaliyyət göstərən həmvətənlərimiz bu gün səhər saatlarından etibarən AZAL-ın İstanbuldakı ofisi qarşısına gələrək əklillər və gül dəstələri qoyurlar.
Ziyarətçilər arasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına daxil olan dərnəklərin nümayəndələri, İstanbulda fəaliyyət göstərən mədəniyyət xadimləri və digərləri də var.
AZAL-ın İstanbuldakı ofisinin uçuş məlumatlandırma ekranında qəzaya uğrayan təyyarənin reys nömrəsi və nəzərdə tutulan səfər istiqaməti qeyd edilib.