Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
Sosyal Medya
Uygulamamızı İndir

Təyyarə qəzasında həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib

Dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimi keçirilib.

Dekabrın 29-da Heydər Əliyev

Vida mərasimində onların ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev hadisə baş verən andan xalqımızın kədərə boğulduğunu deyib. Nazir belə bir çətin vəziyyətdə pilotlarımızın, təyyarə bələdçilərinin böyük soyuqqanlılıq, fədakarlıq və yüksək peşəkarlıq nümayiş etdirdiyini qeyd edib. O, Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təhlükəsizlik və keyfiyyət standartlarına görə dünya miqyasında etibarlı aviaşirkətlərdən biri kimi tanındığını, pilotların göstərdiyi şücaətin Azərbaycanın aviasiya tarixində silinməz iz buraxdığını diqqətə çatdırıb.

AZAL-ın vitse-prezidenti İlham Əmirov təyyarəyə qeyri-qanuni güc təsiri olduğunu, nəticədə təyyarənin güclü xəsarət aldığını, onu idarə edən sistemlərin sıradan çıxarıldığını bildirib. O, baş vermiş hadisənin ölkəmizin pilot hazırlığının və aviasiya təhlükəsizliyinin yüksək standartlara uyğun olduğunu göstərdiyini bildirib. Vitse-prezident günahkarların tapılacağını və cəzalandırılacağını, hadisənin bütün detallarının araşdırıldıqdan sonra nəticələrlə bağlı ictimaiyyətə məlumat veriləcəyini diqqətə çatdırıb.

Həlak olan ekipaj üzvlərinin yaxınları və onlarla birgə çalışan əməkdaşlar xatirələrini bölüşüblər.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.