Ana Sayfa Arama Galeri Video Yazarlar
Üyelik
Üye Girişi
Yayın/Gazete
Yayınlar
Kategoriler
Servisler
Nöbetçi Eczaneler Sayfası Nöbetçi Eczaneler Hava Durumu Namaz Vakitleri Gazeteler Puan Durumu
WhatsApp
Sosyal Medya
Uygulamamızı İndir

Şuşada üçrəngli bayrağımızın qaldırılmasından sonra döyüş meydanındakı Zəfərə siyasi Qələbə də əlavə olundu

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin döyüş əmri ilə Rəşadətli Azərbaycan Ordusu qısa müddətdə ilk olaraq Kəlbəcər istiqamətində “Canavar sağ” və “Canavar sol” yüksəkliklərini işğaldan azad etdi. Daha sonra ordumuz cəbhənin şimal istiqamətində – Ağdam-Ağdərə istiqamətində düşmənin böyük birləşməsinin cəmləşməsini təmin etmək üçün digər hücum istiqamətini təyin etdi. Qarabağda Ermənistanın birinci ümumqoşun ordusu yerləşirdi. Qarabağın cənub qapısı Hadrut qəsəbəsi, şimal qapısı isə Ağdərə şəhəri idi. Azərbaycan Ordusu cənub istiqamətindən ilk olaraq Cəbrayıl və Füzuli rayonlarının bir neçə yaşayış məntəqəsini azad etdi. Şimal istiqamətdə isə Talış və Suqovuşan elə ilk günlərdə işğaldan azad olundu. Qısa müddətdə Cəbrayıl şəhəri, ardınca Hadrut qəsəbəsi düşmən tapdağından xilas edildi. Eyni zamanda, Cəbrayılın və Füzulinin bir çox yaşayış məntəqələri düşməndən təmizləndi. Oktyabrın 17-də isə ordumuz Füzulinin mərkəzindən xalqımızı şad xəbərlə müjdələdi.

2020-ci il sentyabrın 27-də

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan zabiti, Aprel döyüşlərinin qazisi, “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin sədr müavini Əhliyət Mehdiyev deyib.

Onun sözlərinə görə, beş gün fərqlə Zəngilan və Qubadlıya daxil olan Azərbaycan Ordusunun növbəti istiqaməti artıq Şuşa idi: “Noyabrın 1-dən Azərbaycan xüsusi təyinatlıları Şuşa ətrafında idilər. Məlum olduğu kimi, müharibədə əsas, köməkçi və aldadıcı hücum istiqamətləri var. Şuşa döyüşləri zamanı tətbiq edilən hücumun məqsədi Şuşanın ətrafında olan Daşaltı kəndində düşmən birləşməsini aldadıcı hücum istiqaməti kimi yanıltmaq, qüvvələrini həmin istiqamətə yığmaq idi. Artıq noyabrın 1-də Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələr mənsubları Topxana meşəsində olan 1553 yüksəkliyini işğaldan azad etməklə vizual olaraq Şuşaya müşahidəni təşkil etdilər. Noyabrın 5-6-da XTQ mənsubları Şuşaya bir neçə istiqamətdən hərəkət etdilər. Şuşada şiddətli şəhər döyüşləri oldu.

Xüsusi təyinatlılarımız Şuşaya həm yüksək sıldırım qayalara dırmanaraq qalxdılar, həm də sızaraq düşmən arxasına keçib Laçın-Şuşa-Xankəndi yolunu bağladılar. Həmin yolun Laçın istiqamətində bağlanması Ermənistan ərazisindən Qarabağa gətirilə biləcək hərbi birləşmələr və texnikaların tam qarşısını aldı. Eyni zamanda, artıq Xankəndidən qalxan qüvvələrin qarşısı kəsildi. Şuşa şəhərində baş verən şiddətli döyüşlərdə şəhərdə olan bütün separatçı dəstələr tam məhv edildi. Noyabrın 8-də Şuşada üçrəngli Azərbaycan bayrağı qaldırıldı. Bununla da döyüş meydanındakı Zəfərə siyasi Qələbə də əlavə olundu. Ermənistanın kapitulyasiya aktına imza atması ilə bir güllə atılmadan Ağdam Kəlbəcər və Laçın kimi strateji rayonlarımız işğaldan azad olundu. Ali Baş Komandan müharibənin gedişində xalqa müraciətlərindən birində “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” demişdi. Həqiqətən də istər müharibə, istərsə də postmüharibə dövründə Ali Baş Komandanın müdrikliyinin bir daha şahidi olduq. Qısa müddətdə Azərbaycan Ordusu böyük əraziləri işğaldan azad etdi. Növbəti – 2021-2022-ci illərdə dəfələrlə düşmən təxribatlarının şahidi olduq. 2022-ci ilin sentyabrında düşmən dövlət sərhədində təxribatlar törətdi. Bu zaman Azərbaycan hərbi qulluqçuları ayıq-sayıqlığı itirmədiyini bir daha göstərdi. 2023-cü ildə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun apardığı lokal antiterror əməliyyatı nəticəsində 24 saat tamam olmadan Ağdərə, Xocavəndin mərkəzi, Əsgəran, Xankəndi və qeyrət simvolu olan Xocalı işğaldan azad olundu. Bununla Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin olundu. Eyni zamanda, Ali Baş Komandanın müvafiq Sərəncamı ilə sentyabrın 20-də Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi.

Əldə etdiyimiz Şanlı Zəfərə görə qəhrəman şəhid qardaşlarımıza, qazilərimizə, döyüşçülərimizə borcluyuq. Artıq bizlər qalib xalqın qalib vətəndaşlarıyıq. Bu gün dövlətimiz Qarabağda böyük qayıdış prosesi həyata keçirir. Qarabağ cənnət məkana çevrilir. İnanıram ki, çox qısa müddətdə bütün məcburi köçkünlər öz ata baba yurduna qayıdacaq. Xalqımıza, dövlətimizə daimi Zəfər arzu edirəm”.